Muğlada 100-ə yaxın hotel bağlandı – Yoxlamaların nəticəsi

Türkiyənin Aralıq dənizi sahilində yerləşən Muğla vilayətində aparılan yoxlamalar nəticəsində 100-ə yaxın hotel qanun pozuntularına görə bağlanıb və möhürlənib.
BAKU.WS xəbər verir ki, bu barədə NTV telekanalı yerli hökumət orqanlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 503 mehmanxana və qonaqlama obyektində yoxlamalar aparılıb. Nəticədə 95 obyektin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər bağlanıb. Digər 392 hotel isə fəaliyyətini davam etdirir.
Bildirilib ki, bu yoxlamalar Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Turizm Nazirliyinin qərarı əsasında həyata keçirilir.
Xatırladaq ki, yanvarın 21-də "Grand Kartal" hotelində baş verən yanğında əksəriyyəti uşaq olmaqla 78 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Oxşar xəbərlər
Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
"İran ABŞ ilə bərabər şərtlərlə və öz milli maraqlarının qorunduğu təqdirdə nüvə sazişi bağlamağa hazırdır". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İra...