Müctəba Xameneinin səhhəti stabildir
İranın Ali Lideri Müctəba Xameneinin səhhətinin yaxşı olduğu açıqlanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "India Today"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkənin dövlət sistemi normal və səmərəli fəaliyyət göstərir, silahlı qüvvələr isə müdafiə planlarına uyğun hərəkət edir. O əlavə edib ki, İran cəmiyyəti baş verən hadisələr fonunda birlik nümayiş etdirir.
Qeyd edək ki, martın 8-də yeni ali lider seçilən Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı yaralanıb. Bu məlumat daha əvvəl İsmayıl Bəqai tərəfindən "Corriere della Sera" nəşrinə açıqlamada da təsdiqlənmişdi.
Oxşar xəbərlər
ABŞ və Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft tədarükünü müzakirə ediblər
ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləs...