Moskvaya qar nə vaxt yağacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabr ayında Moskvada havanın isti keçəcək, noyabrda isə nəzərəçarpacaq dərəcədə soyuyacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə RBC-yə rusiyalı mütəxəssis Yevgeni Tişkovets məlumat verib.
Sinoptik qeyd edib ki, Moskvada havanın temperaturu Skandinaviya antisiklonuna görə düşməyə başlayıb. Buna baxmayaraq, oktyabr ayı normadan daha isti keçəcək.
Tişkovetsin proqnozuna görə, oktyabrın ən azı iki ongünlüyündə paytaxtda qar yağışı gözlənilmir.
Havanın orta sutkalıq temperaturu yalnız ayın sonu - noyabrın əvvəlində +5°C-dən aşağı düşəcək.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...