Moskvalılara XƏBƏRDARLIQ edildi - 1923-cü ildəki hadisə təkrarlana bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecədən etibarən Moskvada yağan güclü yağış sulu qara çevriləcək. Rəqəmlərin 1923-cü ildə qeydə alınmış rekordu - gündəlik yağıntı miqdarının 16,7 millimetrə çatması hadisəsini yeniləyəcəyi ehtimal olunur.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus açıqlama yayıb.
"Bu gün Moskvada buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq, arabir intensiv olacaq, 13-17 millimetr yağıntı düşə bilər ki, bu da noyabr ayı üçün aylıq normanın 1/3 hissəsinə yaxındır", - deyə məlumatda qeyd edilib.
Həmçinin paytaxtda havanın temperaturu 8-10 dərəcə isti, rayonda 5-10 dərəcə isti təşkil edəcək. Sinoptikin məlumatına görə, bu, iqlim normasından xeyli yüksəkdir.
Həmçinin cənub-şərq küləyinin saniyədə 6-11 metr sürətlə əsəcəyi gözlənilir. Küləyin sürəti saniyədə 13-18 metrə çata bilər. Axşam bəzi yerlərdə küləyin sürəti saniyədə 23 metrə çatacaq.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...