Moskvada universitet tələbəsi terrorçuluqda ittiham olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya İstintaq Komitəsi Moskva universitetinin tələbəsi Riad Safarovu terror təşkilatında iştirak və terror aktına hazırlıqda ittiham edib.
BAKU.WS istintaq materiallarına istinadən xəbər verir ki, 18 yaşlı Rusiya vətəndaşı Safarovun yaşadığı evdə aparılan axtarış zamanı bıçaqlar, pompalı tüfəng, iki əl qumbarası və silahlarla bağlı kitablar aşkarlanıb.
Safarov ittihamları rədd edir. Onun vəkilləri bildirir ki, tələbə yoldaşları ona qarşı yanlış ifadə verib. Müdafiə tərəfi, həmçinin tapılan qumbaraların airsoft oyunları üçün nəzərdə tutulduğunu və döyüş sursatına çevrilə bilməyəcəyini iddia edir. Onların sözlərinə görə, Safarov hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı bölməsinə qoşulmağı planlaşdırdığı üçün silahlarla maraqlanıb.
Hazırda o, məhkəmə qərarı ilə həbsdədir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...