Moskvada temperatur iqlim normasını üstələyib
Rusiyanın paytaxtı Moskvada bu həftənin ikinci yarısında havanın temperaturunun 30 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin "Meteo" Proqnoz Mərkəzinin rəhbəri Aleksandr Şuvalov məlumat verib.
Onun sözlərinə görə, avqustun 3-5-də şəhərdə mülayim isti hava şəraiti müşahidə olunacaq. Bu günlərdə gündüz saatlarında temperaturun 25-26 dərəcə olacağı gözlənilir.
Sinoptik bildirib ki, avqustun 6 və 7-də isə hava daha da istiləşəcək və termometrlər 30 dərəcəni göstərəcək. Bununla yanaşı, qısamüddətli leysan yağışları və şimşək çaxacağı ehtimalı da istisna edilmir.
Aleksandr Şuvalov qeyd edib ki, avqust ayı ərzində havanın temperaturunda növbələşən artım və azalmaların davam edəcəyi ehtimal olunur. Onun sözlərinə görə, temperatur dəyişikliklərinin dəqiq həddi yalnız 5-7 gün əvvəl daha dəqiq müəyyən edilə bilər.
Bundan əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin mütəxəssisi Marina Makarova da ölkənin bir sıra bölgələrində avqust ayının iqlim normasından daha isti keçəcəyini açıqlamışdı. Onun sözlərinə görə, Perm diyarı, Komi Respublikası, Cənub və Şimali Qafqaz federal dairələri, eləcə də Ural, Sibir, Amur vilayətinin cənubu, Xabarovsk diyarı və Primoryedə orta aylıq temperaturun normadan təxminən 1 dərəcə yüksək olacağı gözlənilir.
Oxşar xəbərlər
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, onun le...