Moskvada güclü çovğun səbəbindən 80-dən çox aviareys gecikir
Rusiyanın paytaxtı Moskvada güclü çovğun səbəbindən hava limanlarından onlarla reys həyata keçirilə bilmir.
BAKU.WS xəbər verir ki, bu barədə "Ostorojno, Moskva" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, gecə saatlarından etibarən 10-dan çox reys ləğv edilib. Ləğv olunan reyslər arasında İstanbul, Bakı, Kalininqrad, Sankt-Peterburq, digər şəhər və ölkələrə uçuşlar da var.
Bildirilir ki, hazırda "Vnukovo" hava limanından 45-dən çox, "Şeremetyevo"dan 20-dən çox, Domodedovodan isə 10-dan artıq reys uça bilmir.
Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) mətbuat katibi Artyom Korenyako bildirib ki, 00:00-dan 08:00-dək Moskva vaxtı ilə "Şeremetyevo", "Domodedovo", "Jukovski" və "Vnukovo" hava limanları ümumilikdə gediş və gəliş üzrə 135 reysə xidmət göstərib. Hazırda hava limanlarının xidmətləri gücləndirilmiş rejimdə işləyir və əlverişsiz hava şəraitində təyyarələrə xidmət üçün bütün zəruri vasitələr mövcuddur.
Yanvarın 9-u səhər saatlarında "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Moskvada və Moskva vilayətində güclü çovğun müşahidə edildiyini açıqlayıb. Onun sözlərinə görə, Moskva vilayətinin cənubunda son sutka ərzində aylıq yağıntı normasının 65 faizi düşüb.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...