Moskvada bomba həyəcanı - Avtovağzal boşaldıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Şərq İnzibati Dairəsinin Qolyanovo rayonundakı mərkəzi avtovağzalda mühafizə xidmətinin əməkdaşları sərnişinə metal detektorla baxış keçirən zaman onun üzərində şübhəli əşya aşkar ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə 360.ru fövqəladə hallar xidmətindəki öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, avtovağzal boşaldılıb, əraziyə minatəmizləmə qrupunun mütəxəssisləri göndərilib.
"İlkin olaraq pnevmatik qumbara aşkar edilib, polislə birlikdə təxliyyə aparılır", - mənbə bildirib.
Ümumilikdə 500-ə yaxın insan binadan çıxarılıb, ərazi mühasirəyə alınıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...