Moskvada azərbaycanlı cütüyün MÜƏMMALI ÖLÜMÜ - Pəncərədən yıxılıblar...
Rusiyanın paytaxtı Moskvada cütlük çoxmərtəbəli yaşayış binasından yıxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ailənin azyaşlı övladı qalıb.
Həlak olan ər-arvadın meyitləri "Salarievo Park" yaşayış kompleksinin pəncərələrinin altında aşkar edilib. Qonşuların sözlərinə görə, cütlük mehriban və ünsiyyətcil olub, kişi isə bizneslə məşğul imiş.
Hadisə ilə bağlı məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib. Mənbənin sözlərinə görə, ər və arvadın həlak olduğu vaxt onların beş yaşlı övladı mənzildə olub.
Bildirilir ki, həlak olanlar azərbaycanlılar olub. Mənzildə olan uşaq müvəqqəti olaraq hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.
Oxşar xəbərlər
Putin nəhayət onları barışdıra bildi
Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Dağıstandan Federasiya Şurasının senatoru Süleyman Kərimov arasında münaqişə başa çatıb. BAKU.WS xəbər verir ki, onları Ru...