Moskva sakinlərinə gələn ayla bağlı xəbərdarlıq edilib

Oktyabrın əvvəlində Rusiyanın paytaxtı Moskvada havanın temperaturu iqlim normasından yüksək olacaq.
BAKU.WS "Moskva 24"ə istinadən xəbər verir ki, "Meteonovosti" agentliyinin baş mütəxəssisi Tatyana Pozdnyakova paytaxt sakinlərinə anomal isti hava ilə bağlı xəbərdarlıq edib.
Bu dövrdə yağıntının miqdarı da normadan artıq olacaq.
"Oktyabrın ilk beş günündə yağıntının yağış şəklində olacağı gözlənilir. Gecələr temperatur 5-10 dərəcə aşağı düşəcək, gündüzlər isə 12-17 dərəcəyədək yüksələcək", - deyə Pozdnyakova bildirib.
Ayın ortalarında gecə 2-7 dərəcə isti, gündüzlər 11-16 dərəcəyədək yüksələcək. Oktyabrın sonunda gecə mənfi 2 dərəcə şaxtadan mənfi 7 dərəcəyədək, gündüzlər isə 0 dərəcəyə yaxın şaxta olacaq", - meteoroloq belə qənaətə gəlib.
Oxşar xəbərlər
Qolu sınan "Kızılcık Şerbeti"nin aktrisanın başına iş gəldi
"Kızılcık Şerbeti" serialının aktrisası Feyza Civelekin başına yenə də iş gəlib. BAKU.WS xəbər verir ki, bir müddət əvvəl qolu sınan Feyzanın indi də gözündə pr...
