Moskva hava limanında həyəcan siqnalı
16
yan
2025
19:30
Moskvaya uçan Rusiya aviaşirkətinin təyyarəsində uçuş zamanı qanadında problem yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazır.
Bildirilir ki, yanvarın 15-i Sankt-Peterburqdan uçan "Airbus A320" təyyarəsində gözlənilməz nasazlıq yaranıb. Təyyarə marşrut boyunca uçarkən, ekipaj qanadın buzlanma əleyhinə sisteminin nasaz olduğunu bildirib.
Baş verənlərə baxmayaraq, təyyarə komandiri təyinat aerodromuna getmək qərarına gəlib. Nəticədə təyyarə paytaxtın Şeremetyevo hava limanına eniş edib. Hava limanında həyəcan təbili çalınıb.
Oxşar xəbərlər
Latviya İranın Naxçıvana zərbələrini pisləyib
Latviyanın Azərbaycandakı səfirliyi, İranın martın 5-də Naxçıvan Muxtar Respublikasına endirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumlarını qətiyyətlə pisləyib....