"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Xalq artisti, tanınmış aktrisa Vera Alentova 83 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə aktrisanın uzun illər fəaliyyət göstərdiyi A.S.Puşkin adına Moskva Dram Teatrı TASS-a açıqlama verib. Ölümün səbəbi barədə hələlik məlumat verilməyib.
Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. O, teatr səhnəsində və kinoda bir çox yaddaqalan obrazlar yaradıb.
Aktrisa xüsusilə rejissor Vladimir Menşovun çəkdiyi "Moskva göz yaşlarına inanmır" filmindəki rolu ilə geniş şöhrət qazanıb. Sözügedən ekran əsəri 1981-ci ildə "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.
Qeyd edək ki, filmin rejissoru Vladimir Menşov Bakı əsilli olub.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...