Missisipidə 6 nəfəri öldürən şəxsə ölüm cəzası

Missisipidə 6 nəfəri öldürən şəxsə ölüm cəzası
Dünya 80

ABŞ-nin Missisipi ştatında yanvarın 9-da baş verən silahlı hücum nəticəsində altı nəfər həyatını itirib. Hadisə ilə bağlı məlumatı yerli polis yayıb.

BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 24 yaşlı Darika Mur Uest-Poynt şəhəri ətrafında bir neçə ünvanda atəş açıb. İlkin araşdırmalara əsasən, şübhəli əvvəlcə ailə üzvlərini - atasını, qardaşını və əmisini qətlə yetirib, daha sonra hadisə yerindən uzaqlaşıb.

Daha sonra Mur azyaşlı, yeddi yaşlı qızını güllələyib və başqa bir ünvana gedərək daha iki kişini öldürüb. Şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Rəsmi açıqlamalarda bildirilir ki, törədilən cinayətlərin ağırlığına görə Darika Mur ölüm cəzası ilə üzləşə bilər. Polis bu hadisəni son on il ərzində Missisipidə qeydə alınan ən ağır silahlı insidentlərdən biri kimi qiymətləndirir.

Son xəbərlər