Misirdə turistləri daşıyan avtobus dəhşətli qəzaya düşüb - Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Misirin Qırmızı Dəniz əyalətində baş verən yol qəzasında turist avtobusu yük maşını ilə toqquşub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 27 nəfər xəsarət alıb, bir rus qadını və bir misirli şəxs həyatını itirib.
Ekskursiya qrupu Rusiya, Litva və İsveç vətəndaşlarından ibarət olub. Yaralı rusiyalı turistlər dərhal dövlət xəstəxanasına yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir. Qəzanın baş verdiyi Qırmızı Dəniz əyalətinin Səhiyyə İdarəsinin direktoru İsmail əl-Ərabi bildirib ki, təxminən 10 turist artıq xəstəxanadan buraxılıb.
Qeyd edək ki, 11 noyabrda baş verən bu qəza ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...