Misirdə turistlər avtoqəzaya düşüb: xəsarət alanlar arasında iki azərbaycanlı var
Yeniliklərdən dərhal xəbərdar olun
Misirdə Əl-Quseyr və Marsa Alam kurortları arasında turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, xəsarət alanlar arasında iki Azərbaycan vətəndaşı var.
"Turist mikroavtobusu Əl-Quseyr və Marsa Alam kurortları arasında minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 Misir vətəndaşı ölüb, 5 rusiyalı turist və 2 Azərbaycan vətəndaşı daxil olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar arasında 1 Almaniya vətəndaşı da var", - nəşr yazıb.
Qeyd edilib ki, xəsarət alanlar Əl-Quseyr mərkəzi xəstəxanasına çatdırılıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...