Misirdə ŞOK HADİSƏ: Qadın doqquz uşaq gözlədiyini öyrənib
Misirdə yaşayan bir qadın USM müayinəsinə gedərkən doqquz körpəyə hamilə olduğunu öyrənib.
BAKU.WS xəbər verir ki, bu barədə əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Həkimlər bu nadir halın səbəbini qadının sonsuzluq əleyhinə dərmanları mütəxəssis nəzarəti olmadan qəbul etməsi ilə əlaqələndiriblər. Belə preparatlar yumurtalıqları bir dövrədə birdən çox yumurta hüceyrəsi istehsal etməyə məcbur edir. Dərmanın yüksək dozada qəbulu isə çoxsaylı yumurtanın eyni vaxtda yetişib mayalanmasına səbəb ola bilər.
Qadının bütün doqquz uşağı dünyaya gətirib-gətirməyəcəyi açıqlanmır. Onun vəziyyətini şərh edən ginekoloq xatırladıb ki, müasir tibbdə ana sağlamlığını qorumaq və qalan embrionların normal inkişafını təmin etmək üçün embrion sayının azaldılması təklif oluna bilər.
سيدة تحمل في 9 توائم دفعة واحدة.. والطبيب المعالج يقول إن السبب هو استخدام أدوية لتنشيط المبايض دون متابعة طبية دقيقة، ويؤكد متابعة حالتها بشكل لحظي pic.twitter.com/B4A90j8iuH
— الجزيرة مصر (@AJA_Egypt) November 14, 2025
Oxşar xəbərlər
Xameneinin müşaviri: İrana qarşı istənilən təcavüzə dərhal və sərt cavab veriləcək
İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bəyan edib ki, İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla n...