Məsud Pezeşkian: Biz müdafiə olunacağıq
Biz hesab edirik ki, müharibə və münaqişə heç bir tərəfin maraqlarına cavab vermir və biz qarşılıqlı fəaliyyət, diplomatiya yoluna üstünlük veririk, lakin özümüzü müdafiə etməkdə tərəddüd etmirik.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığında deyib.
"İran İnternational"da yayılan məlumatda qeyd olunub ki, Pezeşkian ABŞ-nin danışıqlar təklifinə də münasibət bildirib:
"Əgər Amerika həqiqi diplomatiyaya can atırsa, təxribatçı hərəkətləri dayandırmalıdır".
Qeyd edək ki, Pezeşkian və Şahbaz Şərif telefon danışığında Yaxın Şərqdə vəziyyətin inkişafını da müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.
Oxşar xəbərlər
İran ordusunun Baş Qərargah rəisinin müşaviri öldürülüb
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri, general-leytenant Cəmşid Eshaqinin öldürüldüyü açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə İslam İnqi...