Məşhur türk şirniyyatında bakteriya aşkarlandı - Təcili yığışdırılır

Almaniyada satılan "Sebahat Vanilya Aromalı Helva"nın müəyyən partiyasında salmonella bakteriyası aşkar edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ardınca "TOK Gıda" dərhal məhsullarının geri çağırma prosesinə başlayıb.
İstehlakçılardan partiya nömrəsi 2024331 və son istifadə tarixi 26.11.2026-cı il tarixli məhsulları geri qaytarmaq xahiş olunub.
İstehlakçılar bu məhsulları qəbz göstərmədən aldıqları mağazaya qaytarmaqla pulunu geri ala biləcəklər. "TOK Gıda" səlahiyyətliləri bu addımın profilaktik tədbir olduğunu və istehlakçıların sağlamlığını qorumaq üçün prosesin diqqətlə idarə edildiyini açıqlayıb. Şirkət geri qaytarma prosesinin heç bir şikayət olmadan tamamlanacağını bildirib.
Qeyd edək ki, salmonella bakteriyası, xüsusilə immuniteti zəif olan insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Tərkibində bu bakteriya olan qidaların qəbulu qarın ağrısı, ishal, ürəkbulanma və qızdırma kimi əlamətlərlə özünü göstərə bilər. Mütəxəssislər bu simptomları yaşayan insanların dərhal həkimə müraciət etmələrini tövsiyə edir.
Oxşar xəbərlər
ABŞ səmasında görünən sirli işıq şüası araşdırıldı – səbəbi Çin raketi imiş
ABŞ-nin cənub səmasında görünən parlaq və qəribə işıq zolağı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İlk olaraq təbii kosmik hadisə – nadir müşahidə o...
