Məşhur şirkətə gender ayrı-seçkiliyi iddiası ilə məhkəmə işi açıldı
U.S. Equal Employment Opportunity Commission (EEOC) yalnız qadın əməkdaşlar üçün təşkil edilən tədbirə görə Coca-Cola Beverages Northeast şirkətinə qarşı gender ayrı-seçkiliyi iddiası ilə məhkəmə iddiası qaldırıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, iddiada bildirilir ki, şirkət 2024-cü ilin sentyabrında Connecticut ştatında təxminən 250 qadın əməkdaş üçün iki günlük tədbir təşkil edib və kişilərin iştirakına imkan verməyib. Qurumun mövqeyinə görə, bu addım federal qanunvericiliyin tələblərinə ziddir.
Hazırda iş New Hampshire federal məhkəməsində araşdırılır. Məsələ, ABŞ-də müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarının "əks ayrı-seçkilik" yaradıb-yaratmadığı ilə bağlı müzakirələr fonunda diqqət çəkir.
EEOC rəsmiləri qeyd ediblər ki, hər hansı işçi qrupunun, o cümlədən kişilərin işəgötürən tərəfindən təşkil olunan tədbirlərdən kənarda saxlanılması qanunsuz hesab oluna bilər. Qurum bütün əməkdaşlar üçün bərabər imkanların təmin olunmasının vacibliyini vurğulayıb.
Məhkəmə sənədlərinə əsasən, sözügedən tədbirə şəbəkələşmə görüşləri, komanda quruculuğu məşğələləri və əyləncə proqramı daxil olub. Şirkətin tədbirdə iştirak edən qadın əməkdaşları iş öhdəliklərindən azad etdiyi, onların ödənişli məzuniyyət götürməsini tələb etmədiyi və hotel xərclərini qarşıladığı bildirilib. Şirkət məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Oxşar xəbərlər
Lüks oteldə cəmi 1 sentə gecələdi, digər cinayətləri üzə çıxdı
İspaniyada lüks otelləri hədəf alan 20 yaşlı gənc saxlanılıb. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ispan polisi onun onlayn rezervasiya platforması...