Məşhur sağlam qidalanma mütəxəssisi 62 yaşında vəfat etdi
Məşhur rusiyalı sağlam qidalanma mütəxəssisi Aleksey Kovalkov vəfat edib.
BAKU.WS bu barədə həkimin işlədiyi "Domaşnıy" telekanalının mətbuat xidmətinə istinadən xəbər verir.
Kovalkov rus tamaşaçılarına "Semeynıy razmer" və "Yeda po pravilam i bez" proqramları sayəsində tanınır.
Kişinin 62 yaşı var idi.
Aleksey Kovalkov - Tibb elmləri doktoru, professor, piylənmənin müalicəsində aparıcı rus mütəxəssisi olub. O, həyatı boyu çoxlu sayda elmi məqalələr və populyar kitablar yazıb. Onun xəstələri arasında çoxlu rus ulduzları var idi. Forbes jurnalına görə o, Moskvanın ən çox axtarılan üç dietoloqundan biri idi.
Həkim ağır xəstəliklə mübarizə aparırdı. Bəzi mənbələrə görə, Kovalkov xərçəng xəstəliyinə tutulub.
Oxşar xəbərlər
İsrailin Livanın cənubuna hava hücumu nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb
İsrailin Cənubi Livanda həyata keçirdiyi hava hücumu nəticəsində iki nəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb. BAKU.WS xarici mətbuata istinadən xəbər v...