Məşhur müğənninin qızı saxlanıldı - Ölkədən qaçmaq istəyirmiş...

Məşhur müğənninin qızı saxlanıldı - Ölkədən qaçmaq istəyirmiş...
Dünya 173

Məşhur türkiyəli müğənni "Güllü" kimi tanınan Gül Tutun ölüm işi üzrə aparılan istintaq çərçivəsində yeni həbslər baş verib.

BAKU.WS xəbər verir ki, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülter və hadisə günü onunla eyni otaqda olduğu deyilən rəfiqəsi Sultan Nur Ulu İstanbul polisi tərəfindən saxlanılıb.

Hər iki şəxsin ölkəni tərk etməyə hazırlaşdığına dair iddialar hüquq-mühafizə orqanlarının diqqətini çəkib və bu səbəbdən onlar nəzarətə götürülüb.

İstintaq məlumatlarında Tuğyan Ülkem Gülterin anasının ölümündə əsas şübhəli kimi qiymətləndirildiyi bildirilir.

Xatırladaq ki, tanınmış müğənni 26 sentyabrda yaşadığı binanın eyvanından yıxılaraq dünyasını dəyişmişdi. Arabesk ifaları ilə məşhurlaşan sənətçi "Her şeyim oldun", "Sabah olmadan", "Bendeki sen" və "Varlığın yeter" kimi mahnıları ilə geniş tanınıb.

Məşhur müğənninin qızı saxlanıldı - Ölkədən qaçmaq istəyirmiş...

Son xəbərlər