Məşhur müğənni bir il əvvəl ölən oğlu üçün bulaq inşa etdirdi

Müğənni Safiye Soyman mərhum oğlu Harun Soyman üçün bulaq inşa etdirib.
BAKU.WS xəbər verir ki, bulaq Burdurun Ağlasun bölgəsində istifadəyə verilib.
Sənətçi bunu oğlunun vəfatının birinci il dönümü münasibətilə edib.
"Sevimli oğlum Harunun səhhətində yaranan problemlərə görə 6 il əvvəl Burdurun Ağlasun rayonunun Yeşilbaşköy kəndində məskunlaşdıq. Buranın havası və suyu onun üçün çox yaxşı idi. Sağlamlıq üçün çoxlu faydalar gördük. Amma keçən il onu itirdik. Ağlasunda onun adına bulaq tikdirmək qərarına gəldim. Oğlumun adı burada yaşasın. Hər kəs su içəndə dua etsin. Hamıya faydası olsun. Hər kəs faydalansın. Oğlum keçən il bu vaxtlarda dünyasını dəyişdi. Bu gün onun vəfatının birinci ildönümüdür. Oğlum Ağlasunda dünyasını dəyişdi. Bu yer mənim həyatımda xüsusi yer tutur. Ağlasunu həmişə əzizləyəcəm. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Allah sizi qorusun".
Xatırladaq ki, Safiye Soymanın oğlu ötən ilin yay aylarında vəfat edib. 47 yaşlı Harun Akarözün uzun illərdir dağınıq sekleroz (MS) xəstəliyi ilə mübarizə apardığı bildirilib.
Övladını itirən sənətçi "Bu ağrıya necə dözəcəyəm?" deyərək dərdini dilə gətirib.

Oxşar xəbərlər
Putin və Netanyahu arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, bu barədə Kremlin mətbu...