Məşhur müğənni arıqlamaq üçün istifadə etdiyi dərmandan zəhərlənib
Məşhur müğənni Demet Akalın bir ay əvvəl zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.
BAKU.WS xəbər verir ki, o ilk dəfə bunun səbəbini açıqlayıb. Akalın arıqlamaq üçün istifadə etdiyi dərmanlardan zəhərləndiyini qeyd edib:
"Bir ay əvvəl arıqlamaq üçün istifadə etdiyim dərmandan zəhərləndim. Həmin vaxt çox çətin günlər yaşadım. O daha çox piyli adamların istifadəsi üçün nəzərdə tutulan dərman idi. Dərmanı Amerikadan almışdım. Ən zəif dozasını istifadə edirdim. Nəticədə arıqladım. Amma adam daha çox çəki atmaq istəyir. Mən bunu istifadəsini məsləhət görmürəm. Əvvəl yediyimi qaytarırdım. Sonra halsız oldum. Bütün bədənimin suyu və duzu çəkildi. O dərmanlar məndən hər şeyi aldı".
Oxşar xəbərlər
Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır
Vaşinqton ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barə...