Məşhur müğənni 76 yaşında xərçəngdən vəfat etdi
26
may
2025
15:41
Məşhur müğənni İlhan Şeşen vəfat edib.
BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət idi ki, xərçənglə mübarizə aparırdı. O 76 yaşında müalicə aldığı xəxstəxanada dünyasını dəyişib.
Bu barədə İlhanın ailəsi məlumat yayıb.
Ona 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulub.
Xatırladaq ki, 1948-ci ildə Manisada doğulub. 1983-cü ildə Gökhan Şeşen və Burhan Şeşenlə birgə "Grup Gündoğarken" musiqi qrupunu yaradıb.
O "Ellerimde çiçekler", "Neler oluyor bize", "Sarılınca sana", "Sen benim şarkılarımsın" kimi mahnılarla məşhurlaşıb.
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. BAKU.WS "Haber Global"a is...