Məşhur marafonçu keçmiş sevgilisi tərəfindən yandırılaraq öldürüldü
05
sen
2024
12:59
Uqanda marafonçusu Rebecca Cheptegei (33) Keniyada keçmiş sevgilisi tərəfindən öldürülüb.
BAKU.WS xəbər verir ki, keçmiş sevgilisi idmançının üzərinə benzin tökərək onu yandırıb.
Bədəninin 75%-i yanmış idmançını xəstəxanada xilas etmək mümkün olmayıb. Uqanda Atletika Federasiyası hadisəni "ailə zorakılığının faciəvi nəticəsi" olaraq xarakterizə edib və ədalət tələb edib.
2024-cü il Paris Olimpiadasında yarışan Cheptegeinin ölümü qadına qarşı zorakılığın ciddi sosial problem olduğunu yenidən gündəmə gətirib.
Hadisə ilə bağlı istintaq davam edir.
Oxşar xəbərlər
Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı saxlanıldı
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris...