Məşhur kurortdakı turistləri çimərlik geyimində gəzdiklərinə görə böyük cərimələr gözləyir

Məşhur kurortdakı turistləri çimərlik geyimində gəzdiklərinə görə böyük cərimələr gözləyir
Dünya 35

Portuqaliyanın məşhur kurort şəhəri Albufeyraya böyük dəyişikliklər gəlir. Yerli hakimiyyət orqanları şəhər küçələrinə yalnız çimərlik paltarı ilə çıxan turistlər üçün 1500 avroya qədər misli görünməmiş cərimələr tətbiq etmək niyyətindədir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, mənzərəli Alqarve bölgəsində yerləşən kurort rəhbərliyinin təşəbbüsü son illərdə vəhşi əyləncə məkanı kimi şöhrət qazanmış şəhərin simasını kökündən dəyişməyə yönəlib. Yeni qaydalar Albufeyranın mədəni ənənələri və yerli irsi qeyd edən yüksək səviyyəli ailə kurortu kimi reputasiyasını canlandırmaq məqsədi daşıyır.

Bu cür sərt tədbirlərin səbəbi Rua da Oura mərkəzi küçəsindəki barda açıq-saçıq çılpaq rəqsi videoya çəkilən və internetdə yayılan səkkiz britaniyalı turistin iştirakı ilə baş vermiş qalmaqallı hadisə idi.

Yeni qaydalar çimərlik zonasından kənarda çimərlik paltarı geyinməyi qadağan etməklə yanaşı, intim münasibət nümayiş etdirməyə, icazəsiz düşərgə salmağa, ictimai asayişi pozmağa və icazəsiz yerlərdə spirtli içki qəbul etməyə görə ciddi cəzalar nəzərdə tutur.

Yeni qaydalar təkcə ictimai yerlərə deyil, həm də küçədən görünən müəssisələrin açıq terraslarına, o cümlədən çimərlik barlarına şamil edilir. Qanun pozuntusuna yol verən müəssisə sahibləri də məsuliyyətə cəlb olunacaqlar.

Oxşar xəbərlər

Şeron Stouna ağır itki üz verdi

Şeron Stouna ağır itki üz verdi

Hollivud ulduzu Şeron Stouna ağır itki üz verib.  BAKU.WS xəbər verir ki, onun anası Dorosi Stoun dünyasını dəyişib.  Bu barədə aktrisa instaqram hesabında bild...

3 Dünya 11:39 23 iyul 2025

Son xəbərlər