Məşhur cütlüyün 1 milyarddan çox dəyəri olan əmlakı dövlətə keçir - Lüks villalar, maşınlar və…

Məşhur cütlüyün 1 milyarddan çox dəyəri olan əmlakı dövlətə keçir - Lüks villalar, maşınlar və…
Dünya 225

Məşhur rusiyalı blogger Yelena Blinovski və həyat yoldaşı Aleksey Blinovskinin dəyəri 1 milyard rubldan (23 000 000 manat) çox olan əmlakı dövlətə keçəcək.

BAKU.WS xəbər verir ki, "SHOT" teleqram kanalı Blinovski cütlüyünün daşınmaz əmlakının və avtomobillərinin siyahısını dərc edib.

Yelena Blinovskayanın adına aşağıdakılar qeydə alınıb:

- Moskva vilayətinin İstra şəhərində təqribən 41,7 milyon rubl dəyərində torpaq sahəsi

- Moskva yaxınlığındakı İstradakı ev, dəyəri təqribən 590 milyon rubl

- Moskvadakı Serpuxovski Valda iki binanın təqribi qiyməti 4,3 milyon rubl

- Moskvadakı Serpuxovski Valdakı mənzilin təribi qiyməti 44,9 milyon rubl

- Yaltada torpaq sahəsi, dəyəri təqribən 1,5 milyon rubl

- "Bentley Continental", qiyməti təqribən 23 milyon rubl

- "Lamborghini Urus", dəyəri təqribən 24,9 milyon rubl

Aleksey Blinovskinin adına aşağıdakılar var:

- Moskvadakı Serpuxovski Valdakı mənzil, dəyəri təqribən 101 milyon rubl

- Aluştada, Semidvorie kəndində doqquz torpaq sahəsi və dörd ev təqribi dəyəri 222,4 milyon rubl

- Kostroma vilayətinin Serkovo kəndində on doqquz torpaq sahəsi və səkkiz ev - təqribi 16 milyon rubl

- Yaroslavl vilayətinin Derevenka kəndində üç torpaq sahəsi və üç tikili - təqribi qiyməti 5,8 milyon rubl

- Moskvada dörd dayanacaq yeri, qiyməti təqribi 12 milyon rubl

- Adıgey Respublikasının Teuçejski rayonunda dörd torpaq sahəsi, qiyməti təxmini olaraq 3 milyon rubl

Bütün Blinovski sahələrinin ümumi ərazisi təqribən 50 hektardır. Bundan əlavə, bir motorlu qayıq, reaktiv xizək, bir neçə avtomobil, qoşqu, motosiklet və pul hesabları dövlətə keçirilib.

Xatırladaq ki, Yelena Blinovskaya 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilirdi. O, 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib.

İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbir olub. Buna baxmayaraq, o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.

Son xəbərlər