Məşhur bloger 51 Avropa ölkəsinin ƏN PİS TƏRƏFLƏRİNİ AÇIQLADI
Türkiyəli məşhur bloger Reşat Taman səyahət etdiyi Avropa ölkələri ilə bağlı maraqlı statistika paylaşıb.
BAKU.WS xəbər verir ki, o Avropanın 50-51 ölkəsində olub. Bloger gəzdiyi ölkə və şəhərləri müəyyən əlamətlərinə görə sıralayıb.
Blogerin qənaətinə görə, ən pis yeməkləri olan ölkələr İngiltərə, Uels və İrlandiyadır.
Turistlərə kələk gələn ölkələr Türkiyə, Bolqarıstan, İtaliya, ən pis paytaxt şəhərləri Kişinyov Sofiya və Podqoritsadır.
Ən təhlükəli şəhərlər Marsel, Napoli London və Brüssel, ən pis yolları olan ölkələr Bosniya və Herseqovina, Ruminya və Kosovadır.
Ən bahalı ölkələr isə Norveç, Danimarka, İsveçrədir. Haqqında məlumatların şişirildiyi Brüssel, Helsinki və Milan şəhərləridir.
Ən çirkli şəhərlər isə Paris London və Napolidir.
Bloger Reşat Taman onu da qeyd edib ki, 20 il ərzində 78 ölkəyə səyahət edib. O sadəcə turist kimi yox o orada qalaraq şəhərləri dərindən öyrənib.
Oxşar xəbərlər
Venesuela neftindən əldə olunan qazanc bu banklara yerləşdiriləcək
ABŞ Energetika Nazirliyi Venesuela neftinin dünya bazarında satış müddətinə hər hansı məhdudiyyət qoyulmadığını bəyan edib. BAKU.WS xəbər verir ki, bu barədə n...