Məşhur aparıcının başına taksidə iş gəldi - Dişi sındı
Məşhur Britaniyalı televiziya aparıcısı və jurnalist Keyt Qarrauey taksidə dişlərini zədələdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, qırılmış dişlərinin görüntüsünü paylaşıb.
Qarrauey ön dişlərindəki qırığı göstərib. O bildirib ki, bədbəxt hadisə həftəsonu taksidə olarkən başına gəlib. Aparıcının dişlərinin qırılmasına səbəb nəqliyyat vasitəsinin şüşələri olub.
"Ön dişlərdəki qırıqlar efirə çıxmazdan əvvəl düşdü", - deyə o bildirib.
Jurnalistin sözlərinə görə, kamerada yaxşı görünmək üçün qırılmış hissələri təcili olaraq dişlərinə yapışdırmalı olub. Qarrauey əlavə edib ki, çəkilişdən sonra ona müvəqqəti protezlər taxan diş həkiminə baş çəkib.
Oxşar xəbərlər
Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar
Çinli alimlər süni intellekt vasitəsilə Yerin mantiyası ilə nüvəsi arasındakı sərhədi araşdırıblar. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 1990–2024-cü...