Məşhur aparıcı Vink Martindeil ÖLDÜ
Məşhur oyun şouları "Gambit" və "Tic-Tac-Dough"un sevilən aparıcısı Vink Martindeil 91 yaşında vəfat edib. O, həmçinin Elvis Presli ilə etdiyi ilk televiziya müsahibələrindən biri ilə də yadda qalmışdı.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, təxminən bir ildir limfoma xəstəliyindən müalicə alan Martindalenin Kaliforniyada yerləşən xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Məlumatı onun meneceri Brayan Mayes təsdiqləyib. O, Martindalenin limfoma ilə mübarizə apardığını və çərşənbə axşamı günü vəfat etdiyini açıqlayıb.
74 illik televiziya karyerasında şən xarakteri, təsirli səsi, rəngarəng geyimləri və diqqətçəkən adı ilə tanınan Martindale televiziya dünyasında əfsanəvi simalardan biri kimi yadda qalıb.
Oxşar xəbərlər
AZAL-ın təyyarəsi İrəvana eniş edib
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə İrəvandakı "Zvartnots" hava limanına eniş edib. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat...