Merkel prezidentliyə namizəd olacaq?

Merkel prezidentliyə namizəd olacaq?
Dünya 39

Almaniyanın sabiq kansleri Angela Merkelin ölkə prezidenti postuna namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

BAKU.WS xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi "Tagesspiegel" nəşrinə açıqlamasında bildirib.

"Bu, absurddur", -deyə o vurğulayıb.

Bundan əvvəl Almaniyanın "Bild" tabloidi anonim mənbəyə istinadən yazmışdı ki, "Yaşıllar" Partiyası 71 yaşlı Merkeli 2027-ci ildə keçiriləcək federal prezident seçkilərində namizəd kimi nəzərdən keçirir. Mənbənin sözlərinə görə, Merkelin namizədliyi ilə bağlı şayiələr Xristian-Demokrat İttifaqında (XDS) narahatlıq yaradıb. Xüsusilə partiyanın sədri Fridrix Merts üçün bu məsələ həssas hesab olunur.

Qeyd edək ki, indiyədək Almaniyada heç bir sabiq kansler federal prezident vəzifəsinə seçilməyib. Hazırda bu postu Frank-Valter Ştaynmayer tutur. O, ikinci və sonuncu səlahiyyət müddətini icra edir. Yeni prezident seçkiləri 2027-ci ilin əvvəlində, ən gec fevral ayında keçirilməlidir.

Qeyd edək ki, Merkelin mümkün namizədliyi Mertsi çətin vəziyyətdə qoya bilər, çünki onun fonunda Merts daha zəif görünür. Ekspertlərin fikrincə, əgər sabiq kanslerin namizədliyi irəli sürülsə belə, bu, yalnız Almaniya siyasətində başqa uyğun namizəd tapılmadığı halda baş verə bilər.

Son xəbərlər