"Mələklər şəhəri" cəhənnəmə döndü - Dəhşətli GÖRÜNTÜLƏR
ABŞ-nin Los-Anceles şəhərində üç gündür davam edən meşə yanğınları zamanı 8 nəfər həlak olub.
BAKU.WS xəbər verir ki, aralarında Hollivud ulduzlarının milyonlarla dollar dəyərindəki evlərinin də olduğu 2 mindən çox bina külə dönüb.
Yanğının fəsadları peyk görüntülərində də əks olunub.
Rəsmilər həlak olanların son sayının hələlik müəyyən edilmədiyini bildiriblər. 180 min nəfər üçün təxliyə əmri verilib, təxminən 200 min nəfər üçün isə xəbərdarlıq edildiyi açıqlanıb.
Yanğının söndürülməsinə Milli Qvardiya qüvvələri cəlb edilib. Los Anceles Yanğınsöndürmə İdarəsinin rəisi etiraf edib ki, hələlik yanğının öhdəsindən gəlmək mümkün olmayıb.
Same street before and after the fires in Los Angeles. pic.twitter.com/r3zQWWz1JL
— NO CONTEXT HUMANS (@HumansNoContext) January 9, 2025
Oxşar xəbərlər
İrkutskda ticarət mərkəzində yanğın olub
Rusiyanın İrkutsk vilayətinə daxil olan Anqarsk şəhərində yerləşən "Avtomir" ticarət mərkəzində yanğın baş verib. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir...