Melaniya Tramp 6 ukraynalı uşağın ailələrinə qaytarılmasına kömək edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidentinin həyat yoldaşı Melaniya Tramp 6 ukraynalı uşağın öz ailələrinə qovuşması barədə Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunmasında vasitəçilik edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.
Məlumata görə, daha bir uşaq bu ayın sonlarında ailəsinə təhvil veriləcək.
Melaniya Tramp qeyd edib ki, uşaqların öz yaxınlarına qovuşması müasir dövrün əsas humanitar vəzifələrindən biri olaraq qalır. O, həmçinin tərəflərin bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının hazırlanması barədə ABŞ tərəfindən məlumat alıb. BAKU.WS "Report"a istinadən xəbər verir k...