Meksikada ilk dəfə bir insanda "H5N1" quş qripi aşkarlanıb.
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikada ilk dəfə bir insanda "H5N1" quş qripi aşkarlanıb.
BAKU.WS-nin məlumatına görə, bu barədə Meksika Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, ölkənin şimalında yerləşən Durango ştatında 3 yaşlı qız uşağında "H5N1" növü quş qripi təsdiqlənib. Uşağa 1 aprel tarixində köçürüldüyü Torreon şəhərindəki xəstəxanada aparılan test nəticəsində virusun mövcudluğu müəyyən edilib.
Meksikalı rəsmilər hazırda "H5N1" virusunun insandan insana keçdiyinə dair heç bir sübut olmadığını vurğulayıb. Eyni zamanda, vətəndaşlara ölmüş və ya xəstə ev quşları və ya vəhşi heyvanlarla təmasdan sonra öskürək, nəfəsalmada çətinlik, baş ağrısı, qusma və göz qızartısı kimi simptomlar müşahidə edilərsə, dərhal tibbi yardım axtarmaları tövsiyə olunub.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...