Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib

Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib
Dünya 20

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" agentliyi məlumat ayıb.

Qərar hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul olunub.

Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və böyük məbləğdə rüşvət alma ilə bağlı ittihamlar irəli sürülüb.

Məhkəmə prosesi ötən gündən davam edib. Gecə saatlarında səhhəti ilə bağlı həkimlərin göstərişi əsasında xəstəxanaya yerləşdirilən Robert Köçəryanın iştirakı olmadan iclas davam etdirilib.

İstintaqın iddiasına əsasən, Köçəryan prezident olduğu dövrdə vəzifəsindən istifadə edərək digər şəxslərlə əlbir olub və ictimai-iqtisadi əhəmiyyət daşıyan bir sıra obyektləri real bazar dəyərindən aşağı qiymətə əldə edib.

Cinayət işi çərçivəsində ümumilikdə altı nəfər saxlanılıb. Saxlanılanlar arasında Robert Köçəryanın oğlu və digər şəxslər də var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər