Media: SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin komandanı Mehdi Kureyşi öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Kosmik Qüvvələrinin komandanı Mehdi Kureyşi İsrail və ABŞ-nin hücumları zamanı İsfahanda öldürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" kanalı İran mediasına istinadən məlumat yayıb.
Məlumata görə, M.Kureyşi İsfahandakı sənaye zonasına endirilən zərbə zamanı həlak olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.//Report.az
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...