Maykl Cordanın oğlu həbs edildi
04
fev
2025
18:00
Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu Maykl Cordanın oğlu Markus Cordan həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Mənbənin məlumatına görə, kiçik Jordan bir neçə cinayətdə ittiham olunub. İttihamlara sərxoş vəziyyətdə avtomobil idarə etmək, kokain gəzdirmək və polisə müqavimət göstərmək daxildir.
Hazırda Markusun Orinc dairəsi həbsxanasında saxlanıldığı bildirilir. Nəşr əfsanəvi idmançının oğlu ilə əlaqə saxlasa da, hələlik ondan heç bir şərh almayıb.
Oxşar xəbərlər
Türkiyədə dini təşkilatda BÖYÜK ƏMƏLİYYAT: Rəhbəri və həyat yoldaşı həbs olundular
Türkiyənin Adana vilayətində "Alparslan Kuytul Cinayət Təşkilatı"na qarşı keçirilən əməliyyat çərçivəsində saxlanıldıqdan sonra hakim qarşısına çıxarılan Alpars...