Maykl Ceksona həsr edilən filmin nümayişi təxirə salındı
"Popun Kralı" Maykl Ceksona həsr edilən "Michael" filminin nümayişi təxirə salınıb.
BAKU.WS xəbər verir ki, ekran işi planlaşdırılan tarixdə nümayişə çıxarılmayacaq. İstehsalçı şirkət "Lionsgate" bunun üçün 2025-ci il aprelin 18-i tarixi nəzərdə tutmuşdu.
Ekran işində 2009-cu ildə vəfat edən Maykl Ceksonun həyatından bəhs edilir. Filmin rejissoru Antoini Fuquadır. Mərhum popçunun onun qardaşı oğlu Cafar Cekson canlandırır.
O sosial şəbəkə hesabında bu barədə paylaşım edərək "Maykl əmimin hekayəsini ekrana gətirmək mənim üçün böyük şərəfdir. Dünyanın hər yerindən olan bütün pərəstişkarları ilə tezliklə görüşəcəyik" sözlərini yazmışdı.
Ekran əsəri gələn ilin oktyabrın 3-də nümayiş olunacaq.
Oxşar xəbərlər
Avropa 2025-ci ildə iqlim böhranını ağır yaşayıb
Avropada ötən il iqlim dəyişikliklərinin təsirləri daha da kəskin hiss olunub. Bu barədə Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi və Dünya Meteorologiya Tə...