Maxaçev Trampa səsləndi: "Mən gəlirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
UFC çempionu İslam Maxaçev Cek Della Maddalena üzərində qələbəsindən sonra ABŞ Prezidenti Donald Trampa müraciət edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, dağıstanlı döyüşçü qarşılaşmadan sonra Co Roqana qısa müsahibəsində Ağ Evin rəhbərinə səslənib.
"Bütün rəqiblərim nə etdiyimi bilirlər, amma heç kim məni dayandıra bilmir. Titulumu harada müdafiə etmək istəyirəm? Donald Tramp, Ağ Evi aç! Mən gəlirəm!", - deyə o vurğulayıb.
Qeyd edək ki, Maxaçev UFC 322 turnirində Maddalenanı beş raundda məğlub edərək, yarımorta çəki dərəcəsində çempion adını qazanıb.
Xatırladaq ki, Tramp 2026-cı il iyunun 14-də Ağ Evin ərazisində UFC tədbirinin keçiriləcəyini elan edib. Tədbirə 25 minə qədər insanın qatılacağı gözlənilir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...