Mask Yeni il gecəsi Trampın yanında rəqs edərkən videoya düşüb

Mask Yeni il gecəsi Trampın yanında rəqs edərkən videoya düşüb
Video
Dünya 392

Amerikalı milyarder İlon Mask Yeni il gecəsini ABŞ-nin yeni prezidenti Donald Trampın Mar-a-Laqo rezidensiyasında keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Videoda Maskın Trampın yanında dayanaraq rəqs etdiyi göstərilir. Bu vaxt Tramp telefonla danışır. Maraqlı bir məqam isə Maskın çiynində 4 yaşlı oğlunun əyləşməsidir.

Dekabrın 28-də Tramp şəxsi "Truth Social" platformasında Mask üçün xüsusi bir mesaj yayımlayıb. O, milyarder və onun oğlu üçün darıxdığını bildirib və onları Yeni il gecəsini qeyd etmək üçün öz rezidensiyasına dəvət edib. Tramp rezidensiyasını "Kainatın mərkəzi" adlandırıb.

Xatırladaq ki, Mask noyabrın sonunda Şükran Günü bayramını da Tramp ilə birlikdə keçirmişdi. Tədbirdən yayılan videolardan birində Mask Tramp, onun həyat yoldaşı və digər qonaqlar ilə bir masa ətrafında oturmuşdu.

Oxşar xəbərlər

Bu ölkə MDB-dən çıxacaq

Bu ölkə MDB-dən çıxacaq

Moldova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyün əsasını təşkil edən əsas sazişlərin denonsasiya edilməsindən sonra təşkilatın tərkibindən çıxacaq. BAKU.WS...

120 Dünya 22:00 19 yanvar 2026

Son xəbərlər