Mask "Tesla"dan gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
"Tesla" şirkətinin yeni baş direktor axtarışına başladığı ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib.
""The Wall Street Journal"ın bilərəkdən yalan məlumat paylaşması və Tesla İdarə Heyətinin açıq təkzibini məqaləyə daxil etməməsi etik normaların kobud şəkildə pozulmasıdır", – deyə Mask bildirib.
Qeyd edək ki, WSJ daha əvvəl Tesla İdarə Heyətinin İlon Maskın yerinə şirkətə yeni baş direktor axtardığını yazmışdı.
İddialara görə, Tesla rəhbərliyi bir neçə rəhbər axtarışı üzrə ixtisaslaşmış şirkətlərlə əlaqə saxlayaraq, yeni baş direktorun seçilməsi üçün rəsmi proses hazırlamaq istəyir.
Aprel ayının əvvəlində Tesla-nın səhmləri ilkin ticarət sessiyalarında 214 dollara qədər ucuzlaşıb.
Oxşar xəbərlər
İraqın yeni hökuməti təsdiqləndi - Əli Zeydi vəzifəyə başladı
İraqda Baş nazir Əli Zeydi parlamentdən etimad səsi alaraq vəzifəsinin icrasına başlayıb. Yeni hökumət kabineti parlamentdə keçirilən səsvermə nəticəsində təsdi...