Mask "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nun bağlanmasını dəstəklədi
![Mask Amerikanın Səsi və Azadlıq Radiosunun bağlanmasını dəstəklədi](https://baku.ws/storage/photos/uploads/thumbs/large/1670312106_1670308907_ilonmask.webp)
Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən "Amerikanın Səsi" (Voice of America) və "Azadlıq Radiosu" (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.
"Report" xəbər verir ki, o, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları "keçmişin qalığı" və "ultrasol aktivistlərlə dolu" adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.
"Bəli, onları bağlayın", – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar "amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər".
Qrenell "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib. Bu KİV-in maliyyələşdirilməsinin məqsədəuyğunluğu məsələsi artıq ABŞ-nin mühafizəkar dairələrində qaldırılsa da, indi o, dünyanın ən nüfuzlu sahibkarlarından birinin dəstəyini alıb.
Qeyd edək ki, Qrenell mühafizəkar və trampizm tərəfdarıdır, antiimmiqrasiya, antiqlobalist və antiliberal görüşləri ilə tanınır. O, diplomatik vəzifələrdə və ictimai bəyanatlarda liberal hökumətləri, bürokratiyanı və beynəlxalq qurumları fəal şəkildə tənqid edərək, daha sərt xarici siyasətdən yana çıxış edir.
Oxşar xəbərlər
Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır
İran Silahlı Qüvvələri istənilən xarici təhdidə cavab verməyə hazırdır. "Report" TASS-a istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi g...
![](/images/banners/placeholder_home_right_az.jpg)