Mars insanlıq üçün "xilas planı" deyil
Müasir texnologiyalar Marsda insanları xilas edə biləcək tam müstəqil baza yaratmağa imkan vermir. Bu barədə Rusiya Elmlər Akademiyasının nümayəndəsi, kosmik biologiya üzrə mütəxəssis Vladimir Sıçev açıqlama verib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, bəşəriyyətin mümkün qlobal fəlakət zamanı Marsa köçməsi real görünmür. "Bunun üçün tam qapalı biosfer qurulmalıdır ki, bu da indiki texnoloji səviyyədə mümkün deyil", – deyə alim bildirib.
Sıçev qeyd edib ki, gələcəkdə Marsa göndəriləcək ilk insanlar Yer resurslarından ciddi asılı olacaq. Eyni zamanda, planetdə ikinci dərəcəli radiasiyadan qorunma məsələsi də hələ həllini tapmayıb.
Xatırladaq ki, NASA 2028-ci ildə Rosalind Franklin rover aparatının Marsa göndərilməsini planlaşdırır.
Mütəxəssislər bildirir ki, hazırkı şəraitdə Marsda həyatın təşkili daha çox eksperimental xarakter daşıyır və genişmiqyaslı köç üçün yetərli deyil.
Oxşar xəbərlər
Əraqçi: Bütün dünya İranın Rusiya kimi müttəfiqlərinin olduğunu görüb
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bəyan edib ki, bütün dünya ABŞ ilə qarşıdurmada İranın real gücünü görüb və...