Marmarisdəki zəlzələ ilə bağlı QORXUNC AÇIQLAMA: "8 ballıq zəlzələ yarada bilər"

Türkiyəli seysmoloq və professor Şükrü Ersoy ötən gün Marmarisdə yaşanan 5.8 ballıq zəlzələni şərh edib.
BAKU.WS xəbər verir ki, o qorxunc proqnoz verərək bu zəlzələnin 8 bal gücündə təbii fəlakəti yarada biləcəyini vurğulayıb.
O bu barədə "CNN Türk"ə açıqlamasında bildirib.
Şükrü Ersoy onu da qeyd edib ki, 5.8 ballıq zəlzələnin yaşandığı bölgə daha böyük bal gücündə baş verəcək zəlzələlər üçün münasibdir:
"Bu bizim torpaqlardakı yer qabığına bağlı bir zəlzələ deyil. Daha dərinlikdə ikinci bir qat var. Anadolunun altına doğru yayılan Afrika layının içində meydana gələn zəlzələdir. Bunlar dərinlikdə zəlzələlər meydana gətirə bilir. Bu dərinlik 30 kilometri keçmir. Göründüyü kimi, bu zəlzələ də 30 kilometr üzərində olan zəlzələdir və Türkiyəyə ən yaxın bölgədə yerləşir. Bu 8 ballıq zəlzələni yaratma gücünə malikdir. Bu bölgə zələzələnin yaranması üçün münasibdir".
Ətraflı videoda:
Oxşar xəbərlər
Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralanıb
Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə nəticədə 12 hərbçi yaralanı...
