Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri - İnsanlar küçələrə axın etdi

Türkiyənin Marmaris bölgəsində baş verən 5.8 bal gücündə zəlzələnin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, Muğla ərazisində yaşayan yeraltı təkanlar insanları təşvişə salıb. Yerli vaxtla saat 03:17 radələrində baş verən zəlzələdən sonra insanlar küçələrə axın ediblər.
Onlar qorxu içərisində çöldə gecələyiblər. Zəlzələ müəyyən dağıntı və təlafata səbəb olmasa da fəsadsız ötüşməyib.
Daxili işlər naziri Ali Yerlikayanın sosial şəbəkədə yaydığı məlumata əsasən, təbii fəlakət zamanı bir nəfər ölüb, 69 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, ötən gün Türkiyənin Aralıq dənizi sahillərində 5.8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat yayıb.
Oxşar xəbərlər
Meyve dietası ilə 20 kiloya düşən sosial media fenomeni həyatını itirdi
Polonyalı sosial media fenomeni Karolina Krzyzak uzun müddət yalnız çiğ meyvə ilə qidalanaraq 20 kiloya qədər düşdükdən sonra Balidə otel otağında vəfat edib. 2...
