Maduronu WikiLeaks-in qurucusu Assanjın vəkili müdafiə edəcək

Maduronu WikiLeaks-in qurucusu Assanjın vəkili müdafiə edəcək
Dünya 102

Venesuela Prezidenti Nikolas Maduro müdafiəsi üçün Vaşinqtondan olan vəkil Barri Pollakı cəlb edib. Pollak 2024-cü ildə WikiLeaks-in qurucusu Culian Assanjın ABŞ prokurorluğu ilə razılaşma əldə etməsinə və azadlığa çıxmasına kömək edib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Associated Press" (AP) məlumat yayıb.

Məlumata görə, Pollak Harris "St. Laurent & Wechsler" hüquq firmasının tərəfdaşıdır. O, 2024-cü ildə Assanjın günahın qismən etirafı ilə bağlı razılaşma imzalamasına nail olub və bunun nəticəsində Assanj dərhal azadlığa buraxılıb.

Bundan başqa, Pollak valideynlərinin qətli ittihamı ilə 17 il həbsdə qalmış amerikalı Martin Tankleffin hökmünün ləğvinə də nail olub.

Yanvarın 3-də ABŞ Venesuelaya zərbə endirib. Paytaxt Karakasda və Fort-Tiuna hərbi bazasında partlayışlar baş verib. Hədəflər arasında "La-Karlota" aviabazası, El-Vulkan siqnal antenası və La-Guayra limanı da olub.

Hücumdan sonra ABŞ Prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və Amerika hərbçilərinin Venesuela Prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxladığını açıqlayıb. Saxlanılan siyasətçi Nyu-Yorka aparılıb və ona narkoterrorizm və digər cinayətlər üzrə ittihamlar irəli sürülüb.

Venesuela liderinin saxlanılmasından sonra prezident səlahiyyətləri vitse-prezident Delsi Rodrigesə keçib. O, prezidentin və onun həyat yoldaşının dərhal vətənə qaytarılmasını tələb edib və respublikanın koloniya olmayacağını bildirib.

Son xəbərlər