Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanda hakimiyyətə gələn "Tisa" partiyasının lideri Peter Madyar hökumətdə diqqət çəkən təyinat həyata keçirib.
BAKU.WS-in Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Madyar görmə qabiliyyətini itirmiş siyasətçi Vilmoş Katai-Nemetini sosial və ailə məsələləri üzrə nazir vəzifəsinə gətirib. Bu, ölkə tarixində ilk belə hal kimi qiymətləndirilir.
Baş nazir bildirib ki, hökumətin əsas prioriteti vətəndaşların harada doğulmasından və mənşəyindən asılı olmayaraq keyfiyyətli səhiyyə və təhsil xidmətlərinə çıxışını təmin etməkdir.
Məlumata görə, Madyar aprelin 24-də təhsil naziri postuna da qadın namizəd təyin olunacağını açıqlayıb. O, son günlər parlament sədri, xarici işlər naziri və partiyanın fraksiya rəhbərliyi üçün də qadın namizədlər irəli sürüb.
Bundan əvvəl "Tisa" partiyasının lideri ölkənin Avropa İttifaqı və NATO ilə münasibətlərini tam formatda bərpa etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, yeni hökumət demokratik institutların fəaliyyətini gücləndirməyə çalışacaq.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...