Lukaşenko Trampın kürəkənini Belarusa dəvət edib
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşneri Belarusa səfərə dəvət edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə Minskdə keçirilən Ümumbelarus Xalq Yığıncağının iclası zamanı xalqa və parlamentə müraciətində deyib.
"Mən Kuşnerə Belarusa gəlməyi və əcdadlarının vətənini görməyi təklif etdim", – deyə Lukaşenko vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı baş nazir Aleksandr Turçin də prosesə cəlb olunub. Prezident qeyd edib ki, Kuşnerdən ölkə üçün hər hansı konkret məsələnin həllini gözləmir, lakin onun mümkün dəstəyini də istisna etmir.
Lukaşenko eyni zamanda bildirib ki, Sloveniyada anadan olmuş Melaniya Tramp Ukrayna münaqişəsinin nizamlanmasına təsir göstərə və Belarus üçün də müəyyən işlər görə bilər.
Oxşar xəbərlər
İran İsrail və ABŞ-yə qarşı ağır döyüş başlıqlı raketlərdən istifadə edib
İran ordusu İsrail və ABŞ-yə qarşı həyata keçirilən əməliyyatlar zamanı ağır döyüş başlıqlı raketlərdən istifadə etdiyini bəyan edib. BAKU.WS xəbər verir ki, bu...