Lukaşenko: "Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üzrə öhdəliklərini yerinə yetirir"
"Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.
"Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır", - deyə o qeyd edib.
A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən yaşıl texnologiyalara çıxışına kömək etmək vacibdir.
Belarus Prezidenti qeyd edib ki, ötənilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib.
Oxşar xəbərlər
Donald Trampın sədrlik edəcəyi yeni qurum: 60 ölkəyə Qəzza ilə bağlı ÇAĞIRIŞ
Təxminən 60 ölkə Qəzza zolağını idarə etmək məqsədilə Sülh Şurasına qoşulmaq üçün dəvət alıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Str...