Lukaşenko Belarus hökumətini istefaya göndərdi

Lukaşenko Belarus hökumətini istefaya göndərdi
Dünya 129

Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. Müvafiq sərəncam 3 fevralda imzalanıb.

BAKU.WS xəbər verir ki, rəsmi məlumata görə, Konstitusiyaya əsasən hökumət yenidən seçilmiş prezident qarşısında səlahiyyətlərini dayandırıb. Bununla belə, Baş nazir, onun müavinləri, nazirlər və dövlət komitələrinin rəhbərləri yeni hökumət formalaşana qədər vəzifələrini icra etməyə davam edəcəklər.

Xatırladaq ki, 26 yanvar tarixində Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko 86,82% səs toplayaraq qalib gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər